BMT: Dünya əhalisinin sayı 2080-ci ilə qədər pik həddə çatacaq
Yaxın 60 ildə dünya əhalisinin sayı artmaqda davam edəcək və 2080-ci illərin ortalarına qədər 10,3 milyarda çatacaq.
Fhnews.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamenti məlumat yayıb.
“Dünya əhalisinin hələ 50-60 il artmağa davam edəcəyi və bu rəqəmin 2080-ci illərin ortalarında təxminən 10,3 milyarda çatacağı gözlənilir.
Əhalinin sayının pik həddə çatdıqdan sonra əsrin sonuna qədər tədricən 10,2 milyard nəfərə enərək azalmağa başlayacağı proqnozlaşdırılır”, - deyə təşkilatın hesabatında qeyd olunur.
Bu o deməkdir ki, BMT ekspertləri XXI əsrdə bu rəqəmin pik həddə çatma ehtimalının yalnız 30 faiz olduğunu bildirən daha əvvəlki proqnozlarını yenidən nəzərdən keçirməli olublar. Bundan əlavə, cari proqnoza görə, 2100-cü ildə əhalinin sayı keçmiş proqnozlarda gözləniləndən 6 faiz və ya 700 milyon nəfər az olacaq.
Hesabat müəllifləri proqnozdakı dəyişikliklərin dünyanın bəzi böyük ölkələrində, xüsusən də Çində doğum nisbətinin azalması ilə bağlı məlumatların təhlili əsasında edildiyini yazırlar.
Məlumatda qeyd olunur ki, hazırda planetin ümumi əhalisinin təxminən 28 faizinin yaşadığı 63 ölkədə artım pik həddini keçib. Belə ölkələr arasında Rusiya, Çin, Almaniya və Yaponiya var. Hazırda dünya əhalisinin 10 faizinin yaşadığı 48 ölkədə insanların sayı yaxın illərdə artacaq və 2025-2054-cü illər arasında pik həddə çatacaq. Bu qrupa Braziliya, İran, Türkiyə və Vyetnam kimi ölkələr daxildir. Dünyanın 126 ölkəsində əhalinin sayı 2054-cü ildən sonra artacaq və yalnız 2100-cü ilə qədər və ya daha sonra pik həddə çatacaq. Bu ölkələr arasında Hindistan, İndoneziya, Pakistan və ABŞ var.
BMT ekspertləri immiqrasiyanın 2054-cü ilə qədər 52 ölkədə və 2100-cü ilə qədər 62 ölkədə əhalinin artım amillərindən biri olacağını xüsusi vurğulayıblar. Sakinlərin sayının artacağı ölkələr arasında, o cümlədən digər ölkələrdən gələn axın sayəsində mütəxəssislər Avstraliya, Kanada və ABŞ-ın adını sadalayıblar.
BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Tszyunxuanın bildirdiyinə görə, bəzi ölkələrdə doğum nisbəti hətta daha əvvəl gözləniləndən daha aşağıdır və bəzi yüksək doğum bölgələrində də sürətli azalma müşahidə olunur.
2024-cü ilin məlumatına görə, Yer kürəsində 8,2 milyard insan yaşayır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...