22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

BMT: 2024-cü ilin əvvəlindən Yəməndə 158 min insan daşqınlardan zərər çəkib

02-08-2024
IMG

BMT-nin Yəmən Humanitar Məsələlər Koordinasiya Ofisindən verilən açıqlamada bu statistika yer alıb.  

Bildirilir ki, Yəməndə leysan yağışların səbəb olduğu daşqın 2024-cü ilin əvvəlindən iyulun 28-dək 158 mindən çox insana təsir edib. Bu müddət ərzində ölkədə baş verən daşqınlar nəticəsində 10 nəfərin həyatını itirdiyi, 14 nəfərin yaralandığı bildirilib.

Bəyanatda həmçinin qeyd olunub ki, humanitar tərəfdaşlar ölkə daxilində ən həssas qrupların ehtiyaclarına cavab vermək üçün çalışırlar.

Paylaş: