22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

BMT: 2023-cü il humanitar işçilər üçün ən ölümcül dövr olub

20-08-2024
IMG

Birləşmiş Millətlər Təşkilatı xəbərdarlıq edir ki, 2024-cü il rekord dövrü hesab oluna bilər, çünki avqust ayına qədər 172 humanitar işçi həlak olub.

 

Fhnews.az xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreş Ümumdünya Humanitar Yardım Günü münasibətilə bildirib ki, 2023-cü il humanitar işçilər üçün ən ölümcül il olub, 33 ölkədə 280 ölüm halı qeydə alınıb. O "cəzasızlığa son qoyulmasını" tələb edib.

 

Bu rəqəm 118 yardım işçisinin həlak olduğu 2022-ci ilə nisbətən 137 faiz artım deməkdir. Lakin BMT xəbərdarlıq edir ki, 2024-cü ildə bu rəqəmlər arta bilər, çünki avqust ayına olan məlumata görə 172 humanitar işçi həlak olub.

Ən çox ölüm sayı Qəzza zolağında müharibənin ilk aylarında (oktyabr-dekabr) aviazərbələr nəticəsində qeydə alınıb. Bundan başqa, həm 2023-cü ildə, həm də 2024-cü ildə həlak olanların sayına Sudan ərazisindəki zorakılıq təsir edib. Bütün münaqişələrdə qurbanların əksəriyyətini milli əməkdaşlar təşkil edir.

 

Quterreş mülki əhalini qorumaq üçün hökumətlərdən münaqişənin “bütün tərəflərinə” təzyiq göstərməyi xahiş edib. “Biz, beynəlxalq hüququ pozan ordu və qruplaşmalara silah tədarükünün dayandırılmasını tələb edirik”, - Baş katib əlavə edib.

Paylaş: