Blinken İsraili Rəfahda mülki təhlükəsizliyi təmin etməyə çağırıb
ABŞ İsraili növbəti hücumlar planlaşdırdığı üçün Rəfah şəhərində mülki əhalinin təhlükəsizliyini təmin etməyə çağırıb.
Fhnews.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Antoni Blinken deyib.
“İsrailin həyata keçirdiyi istənilən əməliyyatda, ilk növbədə, mülki əhalinin təhlükəsizliyini nəzərə almalıdır. İnanıram ki, bunun yolları var”, - deyə Dövlət katibi qeyd edib.
Blinken, həmçinin bildirib ki, İsrail liderləri ilə görüşlərdə onların gərginliyi artıran və İsrailə beynəlxalq dəstəyi sarsıdan hərəkətləri və ritorikası ilə bağlı narahatlıqlarını dilə gətirib.
O vurğulayıb ki, İsrailin hərbi əməliyyatları nəticəsində Qəzza zolağında dinc əhali arasında itkilər hələ də yüksəkdir.
BMT-nin Baş katibi Antonio Quterreş daha əvvəl bəyan etmişdi ki, o, İsrailin hazırda yüzminlərlə fələstinlinin yerləşdiyi Rəfahda hərbi əməliyyatı genişləndirmək niyyətindən narahatdır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...