Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Əmək bazarı” işçi qrupunun iclası keçirilib
Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Əmək bazarı” işçi qrupunun onlayn iclası keçirilib.
Fhnews.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iclasda işçi qrupunun rəhbəri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, Komissiyanın katibliyinin rəhbəri, Prezident Administrasiyasının sektor müdiri Vüsal Şıxəliyev, işçi qrupunda təmsil olunan hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri iştirak ediblər.
Ölkəmizdə əmək bazarının inkişaf etdirilməsi, əmək bazarını tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi, əməkhaqqı və digər sosial ödənişlərin artırılması sahəsində həyata keçirilən islahatlar qeyd edilib.
Aktiv məşğulluq proqramlarının genişləndirilməsi, qadınların məşğulluq imkanlarının artırılması, əmək bazarının tələblərinə uyğun yeni peşə və ixtisas istiqamətləri üzrə peşə hazırlığının təşkili və s. istiqamətlərdə aparılan işlərdən bəhs olunub.
“Əmək bazarı” işçi qrupunun 2023-cü il üçün Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrası sahəsində görülən işlər və 2024-cü il üçün Fəaliyyət Planı üzrə qarşıda duran vəzifələr müzakirə olunub. Həmçinin əmək bazarında əmək ehtiyatlarının təhsil pillələri üzrə müqayisəli təhlili aparılıb.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...