22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı yeni hesabat dərc edib

23-07-2024
IMG

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) meşələrin qlobal vəziyyəti ilə bağlı yeni hesabatı dərc edib.

Fhnews.az təşkilatın saytına istinadla xəbər verir ki, “Dünya meşələrinin vəziyyəti – 2024” adlı hesabatda planetimizin müxtəlif yerlərində meşələrin qorunması, onların məhvi və meşə təsərrüfatının mühafizəsində innovasiyaların tətbiqi məsələləri əks olunub.

Hesabatda qeyd edilib ki, innovasiyalar Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyinin müddəalarını yerinə yetirməkdə və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaqda mühüm rol oynayır. Onlar həm də daha səmərəli, inklüziv, davamlı və dayanıqlı kənd təsərrüfatı və ərzaq sistemlərinə keçidin təmin edilməsi, eləcə də aclığa, yoxsulluğa son qoyulması, təbii resursların davamlı idarə olunması və istifadəsi kimi qlobal məqsədlərə nail olmaq üçün mühüm stimuldur. Digər amillərlə yanaşı, innovasiyalar bu sahədə müvafiq siyasətlərin aparılmasını tələb edir; güclü, transformasiya yönümlü tərəfdaşlıqlar, investisiyalar, yeni ideyalara açıq olan və innovasiyaları təşviq edən inklüziv mədəniyyət və hətta ağlabatan riskləri öz üzərinə götürməyə hazır olan təşəbbüslər bu qəbildəndir.

“The World's Forests” (SOFO) jurnalının yeni buraxılışında dərc edilmiş hesabat dünya meşələrinin vəziyyətini vurğulayır və meşə sektorunda yeni texnologiyalardan istifadənin innovativ, lakin uğurlu, habelə sübuta əsaslanan transformasiya gücünü araşdırır, siyasətlər və institusional dəyişikliklər, həmçinin meşə sahiblərinin və meşə idarəçilərinin ehtiyacları üçün maliyyə cəlb edilməsi üzrə yeni yolları göstərir. Dünyanın hər yerindən 18 nümunə araşdırmasını özündə əks etdirən material meşə sektorundakı texnoloji, sosial, siyasi, institusional və maliyyə innovasiyalarının inteqrasiya olunmuş şəkildə sınaqdan keçirilməsi və genişspektrli tətbiqi haqqında məlumat verir.

“SOFO 2024” bu sahədə innovasiyaların qarşısında olan maneələrini və imkanları açıqlayır, eyni zamanda, insanlara problemləri həll etmək və daha geniş faydalar əldə etmək üçün meşə sektorunda öz yaradıcılıqlarından istifadə etməyə kömək edəcək beş davranış qaydasını sadalayır.

Paylaş: