Birləşmiş Millətlər Təşkilatı 25 may tarixini “Ümumdünya Futbol Günü” elan edib
BMT Baş Assambleyasında keçirilən sessiyada bəzi digər idman növləri kimi futbolun da dünya sülhü və inkişafına verdiyi töhfəyə görə xüsusi bir günlə qeyd edilməli olduğu vurğulanıb.Baş Assambleyanın qəbul etdiyi qətnamə layihəsi ilə mayın 25-i “Ümumdünya Futbol Günü” kimi qeyd ediləcək.
Futbola həsr olunmuş bu günün müəyyən edilməsi 25 may 2024-cü il tarixində, 1924-cü ildə Parisdə keçirilən Yay Olimpiya Oyunlarında bütün regionların təmsil olunduğu tarixdə ilk beynəlxalq futbol turnirinin 100 illiyinə əsaslanmışdır.
BMT-nin paylaşdığı qərar məktubunda idmanın davamlı inkişafda mühüm vasitəçi olduğu təsdiqlənərkən, idmanın sülhün həyata keçirilməsinə, tolerantlığın və hörmətin təşviqinə töhfəsi vurğulanıb.Məktubda futbolun beynəlxalq idarəedici orqanı FİFA-nın rolundan əlavə, oyunun təşviqində regional və milli futbol federasiyalarının və əlaqədar assosiasiyaların mühüm roluna da toxunulub.
Qərar məktubunda bütün dövlətlər, BMT qurumları, beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları və özəl sektor milli prioritetlərə uyğun olaraq 25 May Ümumdünya Futbol Gününü qeyd etməyə və futbolun üstünlüklərini hər kəsə yaymağa dəvət olunub.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...