Birinci yarım ildə Energetika Nazirliyinə 3 minə yaxın zəng daxil olub
Cari ilin 1-ci yarım ili ərzində Energetika Nazirliyinin “Çağrı Mərkəzi” və “Qaynar xətt”i vasitəsilə 2807 zəng qəbul edilib.
Fhnews.az xəbər verir ki, Energetika Nazirliyindən verilən məlumata görə, daxil olan zənglərin 2431-i elektrik və istilik enerjisi, təbii qaz təchizatı, 171-i təşəkkür xarakterli, 205-i isə digər məsələlərlə bağlı olub.
Hesabat dövründə daxil olan bütün zənglər operativ şəkildə qeydə alınaraq cavablandırılıb, araşdırma tələb edən müraciətlər aidiyyəti üzrə nazirliyin müvafiq struktur bölmələrinə və tabeli qurumlara yönləndirilib, müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıb.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...