Birinci Dünya Müharibəsindən maraqlı təfərrüat: məşhur yazıçının casus olduğu ortaya çıxdı
Kəşfiyyat sahəsində ixtisaslaşmış tarixçi Claire Hubbard-Hall Birinci Dünya Müharibəsi zamanı “Agent A” kimi tanınan qadın casusun kimliyini müəyyənləşdirib. İngilis məxfi xidmətinin ilk qadın agenti ailəsinin alman əlaqələri sayəsində kəşfiyyat dünyasında mühüm rol oynayıb. “Agent A” alman zabitlərinin hərəkətlərini izləyir, məxfi xidmətə kritik məlumatlar verirdi.
Arxiv qeydlərinə görə, "Agent A"nın missiyası Birinci Dünya Müharibəsi zamanı alman zabitlərinə casusluq etmək və mümkün Alman işğalı və ya müharibə elanı barədə məlumat vermək idi.
1909-cu ildə Britaniya məxfi xidmətinin əsası qoyulanda işə götürülən “Agent A” məxfi xidmətin ilk qadın rəhbəri Mansfild Kamminqə həm aktiv, həm də istefada olan alman zabitlərinin hərəkətləri haqqında hesabat verirdi. 50 yaşlı "Agent A" ailəsinin Almaniya ilə əlaqəsi sayəsində şübhə doğurmadan kəşfiyyat məlumatları toplayıb.
Hubbard-Hall arxiv qeydlərindəki mühasibat fayllarında mühüm dəlillər tapdığını və indiyə qədər heç kimin onları araşdırmadığını bildirib. "Onu tanıya bilməyim inanılmazdır. O, 1909-cu il dekabrın 17-də Mİ6 agenti kimi işə götürülən ilk qadın kimi tarixə düşüb"-deyə Hubbard-Hall bildirib.
İllik 100 funt sterlinq maaşla casusluğa başlayan, bu gün 8 min sterlinqə bərabər olan "Agent A" 1910-cu ildə 58 funt sterlinq son ödənişlə işdən ayrılıb.Bu maaş vərəqələri sayəsində Hubbard-Hall "Agent A"nın əsl şəxsiyyətinin məşhur yazıçı və tərcüməçi Agnes Blake olduğunu ortaya çıxarıb.
Alman teatr tamaşalarını ingilis dilinə çevirərək şöhrət qazanan Aqnes Bleyk dostları və ailəsinin əlaqələri sayəsində mümkün bir Alman işğalı ilə bağlı erkən məlumat verə biləcəyini anladığı üçün gizli xidmətin mühasibi Çarlz Hardinqə tövsiyə edilir.Bleyk varlı bir ailədə böyüyür, onun böyük bacısı 1869-cu ildə aristokrat bir alman ailəsi ilə evlənir. Bacısının evləndiyi şəxs Almaniya vəliəhdi və gələcək imperator Vilhelmin köməkçisi olub. Beləliklə, Bleyk Kamminq və məxfi xidmət üçün çox dəyərli olub.
Bir tapmaca hazırlayan və patentləşdirən Bleyk xüsusi olaraq "qərargah zabiti" üzərində cəmləşsə də, alman dilində məktublar və teleqramlar yazmaqda Kamminqə kömək edib. Gizli agent 1950-ci ildə 91 yaşında dünyasını dəyişib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...