22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Beynimiz bizdən daha yaşlıdır?

30-08-2024
IMG

Araşdırmaya görə, havanın çirklənməsi və sosial-iqtisadi bərabərsizlik kimi səbəblər beyin yaşının xronoloji yaşdan daha yaşlı olmasına səbəb olur.

Çilidəki Adolfo İbanez Universiteti tərəfindən aparılan bir araşdırma, "beyin saatı" deyilən bir faktorun olduğunu və beyin saatı ilə xronoloji yaş arasında fərq ola biləcəyini ortaya qoyub. Tədqiqatın aparıcı müəllifi nevroloq Agustin Ibanezin fikrincə, beynin qocalması təkcə illərə deyil, həm də harada və necə yaşamağınız, sosial-iqtisadi səviyyəniz və ətrafınızdakı çirklənmə ilə bağlıdır. 

Araşdırmada 15 ölkədən bəziləri sağlam, bəziləri demans olan 5306 iştirakçının beyin məlumatları araşdırılıb. Tədqiqatçılar beyin bölgələrinin bir-biri ilə qarşılıqlı əlaqə dərəcəsinin ölçüsü olan funksional əlaqənin mürəkkəb formasını qiymətləndirərək beynin qocalmasına baxıblar. Funksional əlaqənin yaşla azaldığı bildirilsə də, gender bərabərsizliyinin yüksək olduğu Latın Amerikası ölkələrində qadınların beyin yaşı ilə xronoloji yaş arasındakı fərqin bu ölkələrdə kişilərə nisbətən daha çox olduğu müşahidə edilib. Demanslı insanların beyin yaş fərqlərinin də daha böyük olduğu aşkarlanıb.

Paylaş: