Beynəlxalq tədbirin iştirakçısı olan 100-ə yaxın prokuror Qəbələyə səfər edib
Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) Bakıda keçirilən 29-cu İllik Konfransında və Ümumi Yığıncağında iştirak edən beynəlxalq təşkilat və xarici dövlətlərin nümayəndə heyətləri ilə silsilə görüşlərin keçirilməsi davam etdirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, həmin tədbir çərçivəsində ölkəmizdə səfərdə olan 100-ə yaxın prokuror ölkəmizin tarixi yerlərindən sayılan Qəbələ şəhərində səfərdə olub.
Səfər zamanı qonaqlar qədim alban memarlığının nümunəsi olan Müqəddəs Yelisey adına Cotari Kilsəsi ilə tanış olublar. Qəbələ Arxeoloji Mərkəzini ziyarət edən qonaqlara orada olan eksponatlar barədə ətraflı məlumat verilib.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...