Beynəlxalq tədbir çərçivəsində keçirilən təlimlərdə AQTİ-nin səyyar laboratoriyalarının imkanlarından istifadə olunub
Qubada xırdabuynuzlu heyvanlarda taun və dabaq xəstəlikləri üzrə assosiativ-simulyasiya təlimləri təşkil edilib.
Fhnews.az xəbər verir ki, təlimlər ölkəmizdə xırdabuynuzlu heyvanların taunu xəstəliyinə dair plan üzrə məsləhətləşmə və dabaq xəstəliyi üzrə yol xəritəsi ilə bağlı təşkil edilən üçgünlük beynəlxalq tədbir çərçivəsində keçirilib.
Beynəlxalq mütəxəssislərin iştirakı ilə keçirilən assosiativ-simulyasiya təlimlərinin təşkili epizootik böhran vəziyyətlərinə ölkəmizin hazırlığının artırılması ilə yanaşı, əldə olunmuş təcrübənin region dövlətlərinə çatdırılması məqsədini daşıyır.
Simulyasiya keçirilən ərazidə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) 2+ biotəhlükəsizlik səviyyəsinə malik səyyar laboratoriyaları quraşdırılıb. Şərti xəstə heyvandarlıq təsərrüfatında keçirilən epizootoloji monitorinq zamanı götürülmüş diaqnostik nümunələr laboratoriyalarda analiz edilib. Virusoloji və bakterioloji müayinələrin aparılması üçün tam təchiz olunan laboratoriyalar bilavasitə xəstəlik ocağında qısa müddət ərzində quraşdırılmaqla xüsusi təyinatlı müayinələrin aparılmasına imkan verib. Ümumiyyətlə, bu laboratoriyaların tətbiqi regionda müxtəlif zoonoz xəstəliklərin yayılması riski olduğu indiki şəraitdə qısa müddət ərzində xəstəliklərin aşkarlanmasına imkan yaradır ki, bu da yüksək hazırlıq səviyyəsi hesab olunur.
Simulyasiya təlimlərində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin, AQTİ-nin, Quba Rayon İcra Hakimiyyətinin, eləcə də Kənd Təsərrüfatı, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər nazirliklərinin aidiyyəti qurumlarının nümayəndələri iştirak ediblər.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...