Beynəlxalq konfransda Azərbaycanda meşə ilə örtülü ərazilərin artırılması istiqamətində görülən işlərlə bağlı məlumat verilib
Afrika İttifaqı Komissiyası, Birləşmiş Millətlər Təşkilatının Meşələr üzrə Forumu, Afrika Meşə Forumu və Konqo Respublikası Hökumətinin təşkilatçılığı ilə Konqonun Brazavil şəhərində Meşəsalma və Meşələrin Bərpası üzrə Beynəlxalq Konfrans işə başlayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, beynəlxalq konfransın keçirilməsində məqsəd ağacəkmə və meşələrin bərpası fəaliyyətlərini dəstəkləmək üçün beynəlxalq əməkdaşlığa, maliyyə resurslarının artırılmasına, bu sahədə innovativ layihələrə çıxışın təmin edilməsinə nail olmaqdır.
Konfrans iştirakçıları iqlim dəyişikliyi ilə mübarizə kontekstində planetdə ağaclandırmanın əhəmiyyəti, biomüxtəlifliyin qorunması və ekosistem bütövlüyünün təmin edilməsi ətrafında müzakirələr aparacaq, bəşəriyyəti narahat edən ekoloji məsələlərdə beynəlxalq həmrəyliyin vacibliyi barədə fikir mübadiləsi edəcəklər.
İyul ayının 5-dək davam edəcək beynəlxalq konfransın panel müzakirələrində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi, nazirliyin ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov ağaclandırma, yeni yaşıllıq sahələrinin salınması və meşə ilə örtülü ərazilərin artırılması istiqamətində ölkəmizdə görülən işlərlə bağlı məlumat verib, iqlim dəyişmələrinin təsirlərinin azaldılması sahəsində yerinə yetirilən tədbirləri beynəlxalq ekspertlərin diqqətinə çatdırıb.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...