Beynəlxalq Fizika Olimpiadasında məktəblilərimizin uğuru
İran İslam Respublikasının İsfahan şəhərində keçirilmiş Beynəlxalq Fizika Olimpiadasında (IPhO 2024) məktəblilərimiz ölkəmizi uğurla təmsil ediblər.
Fhnews.az xəbər verir ki, Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, İsfahan Texnologiya Universitetində təşkil olunmuş olimpiadada 46 ölkədən 230 məktəbli bilik və bacarığını sınayıb.
Nəzəri və praktiki turlardan ibarət olan olimpiadada Azərbaycan məktəbliləri 1 gümüş və 1 bürünc medal, 2 həvəsləndirici mükafat əldə ediblər. Belə ki, Kaspi liseyinin X sinif şagirdi İbrahim Valehli gümüş medala, Quba şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Murad İsmayılov bürünc medala, “Ankara məktəbi” məktəb-liseyin XI sinif şagirdi Rəvan Nəcəfli və akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi Adil Səttarov olimpiadanın həvəsləndirici mükafatına layiq görülüblər.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...