BEM-nin Türkiyə iqtisadiyyatına töhfəsi 4,8 milyard dollara çatıb
Təkcə bu ilin birinci yarısında bərpa olunan enerji mənbələrinin (BEM) Türkiyə iqtisadiyyatının artımına töhfəsi 4,8 milyard ABŞ dolları təşkil edib. Ölkədə elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payı durmadan artır.
Fhnews.az xəbər verir ki, bu barədə Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyi çərşənbə axşamı məlumat yayıb.
Nazirliyin X sosial şəbəkəsindəki yazıdan belə görünür ki, bərpa olunan enerji mənbələri sayəsində ölkənin enerji sektorunda təhlükəsizliyi gücləndirilir.
Məlumata görə, bərpa olunan enerji mənbələri hesabına bu ilin ilk 6 ayında ölkəyə qaz idxalını 14,5 milyard kubmetr azaltmaq mümkün olub.
Türkiyə hökuməti daha əvvəl bəyan etmişdi ki, 2035-ci ilə qədər bərpa olunan enerji sektorunun inkişafına 73 milyard dollar sərmayə qoymağı planlaşdırır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...