Belqradda məşhur gecə klubu batıb
Belqradda məşhur gecə klubu “Kartel” dekabrın 24-nə keçən gecə təhlükəsizlik işçiləri ilə müştərilər arasındakı toqquşmadan sonra batıb.
Fhnews.az xarici mətbuata istinadən xəbər verir ki, Serbiya paytaxtındakı su üzərində yerləşən gecə klubunda reper Tsunami konsert verib.
Müəyyən bir məqamda təhlükəsizlik əməkdaşları ziyarətçiləri küçəyə çıxarmağa başlayıb.
Yaranan sıxlıqdan taxta konstruksiya uçub və gecə klubu su altında qalıb.
Hadisə şahidinin sözlərinə görə, yüzə yaxın insan suya düşüb. Lakin Belqrad xilasetmə xidmətləri çökmə zamanı 30-a yaxın ziyarətçiyə kömək etdiklərini bildiriblər.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...