22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Belçikanın “Charleroi” hava limanında bütün uçuşlar ləğv edilib

22-10-2024
IMG

Belçikanın “Charleroi” hava limanında mühafizəçilərin tətili səbəbindən sabah uçması planlaşdırılan bütün reyslər ləğv edilib.

Hava limanında təhlükəsizlik əməliyyatlarını təmin etmək üçün kifayət qədər personalın olmayacağı, sabah reysləri olan sərnişinlərin yeni rezervasiya edə və ya pulunu geri ala biləcəkləri bildirilib.

Bütün sərnişinlərə uçuşları təsdiqləmələrini tövsiyə edən açıqlamada əməliyyatların normala dönməsi üçün səylərin davam etdiyi açıqlanıb.
Qeyd edək ki, Hava limanının təhlükəsizlik işçiləri iş şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.

Hava limanının baqaj, qeydiyyat, yanacaq doldurma və təhlükəsizlik kimi departamentlərində çalışan işçilər ötən ay da  iki gündür tətil ediblər.
Oktyabrın 1-də təhlükəsizlik işçilərinin tətili səbəbindən Brüssel hava limanında bütün uçuşlar ləğv edilib.

Paylaş: