Belçikanın Brügge şəhəri "Airbnb" platformasını qadağan edəcək
Belçikanın Avropanın ən turistik şəhərlərindən biri olan Brügge qısamüddətli yerləşdirməni təşkil edən "Airbnb" platformasına yeni obyektlər açmağı qadağan etməyi planlaşdırır. UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan, orta əsr memarlığı və kanalları ilə Avropanın ən turistik şəhərlərindən biri olan Brügge overturizmlə mübarizə üçün "Airbnb"-ə bəzi qadağalar qoymağa hazırlaşır.Yerli mətbuatda yer alan xəbərlərə görə, Brügge Bələdiyyəsi turistlərin çoxluğundan yerli əhalinin narahatlığı səbəbindən məşhur qısamüddətli yerləşdirmə platformasına yeni obyektlərin əlavə edilməsinə icazə verməmək qərarına gəlib.
Belçikanın Qərbi Flandriya bölgəsinin paytaxtı Brugge şəhərinin turizm ofisindən alınan məlumata görə, 2023-cü ildə 120 min əhalisi olan şəhərə gündə orta hesabla 27 min 500 turist gəlib. Məlumat üçün bildirək ki, “Airbnb” insanlara səyahətləri zamanı qalacaq yerləri tapmağa və sahiblərinə onları icarəyə götürməyə imkan verən veb proqramdır. Bu platforma 192 ölkədə 33 min şəhərdə 800 mindən çox kirayə seçimi təklif edir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...