22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Belçikada yağış rekordu qırılıb

15-08-2024
IMG

Belçika Kral Meteorologiya İnstitutunun məlumatına görə, bu  ayın ilk iki həftəsində qeydə alınan yağıntıların miqdarı aylıq orta göstəricini keçib. İnstitutun rəsmisi David Dehenauv avqust ayının indiyə qədər ardıcıl olaraq ən çox yağışın düşdüyü on birinci ay olduğuna və bunun ölkə tarixində bir ilk olduğuna diqqət çəkərək deyib ki, ölçmələrin aparılmağa başladığı 1833-cü ildən bəri belə bir vəziyyət yaşanmayıb. 

Çərşənbə axşamı gecəsi ölkəyə təsir edən tufanın yağıntı səviyyəsinin orta səviyyədən yuxarı qalxmasına səbəb olduğunu ifadə edən Dehenauv qeydə alınan yağış miqdarının 100 millimetri keçdiyini bildirib və əlavə edib ki, avqust ayı üçün normal yağıntı orta hesabla 86,5 millimetr olub.
Ölkədə 1905-ci ildə qeydə alınan əvvəlki rekord ardıcıl 8 ay ərzində yağıntının orta səviyyəsindən yüksək olub.

Paylaş: