22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Belçikada  bu gün 8 milyondan çox seçici səsverir

13-10-2024
IMG

Səsvermə yerli vaxtla bu gün saat 08:00-da başlayıb.İyunun 9-da keçirilən ümumi seçkilərdən sonra 8 milyondan çox seçici bu dəfə 4 ay sonra yerli idarəçilərin seçilməsi üçün səs verir. Paytaxt Brüsseldə 19 bələdiyyədə yerli vaxtla saat 08:00-da başlayan səsvermə prosesi elektron şəkildə, ekranda çip kartla həyata keçirilir.

Seçicilər birbaşa bələdiyyə sədrini deyil, şəhər şurasının üzvlərini öz səsləri ilə müəyyən edirlər. Hər bir partiya bələdiyyə məclisi üzvlüyünə namizədlərin siyahısını hazırlayır. Seçicilər "imtiyazlı səs"dən istifadə etməklə ya partiyaya, ya da partiyanın siyahısından maksimum 4 nəfərə səs vermək hüququna malikdirlər.

Bələdiyyə sədri seçkinin sonunda şura üzvləri tərəfindən müəyyən edilir. Belçikada hökumət hələ formalaşmamış bir vaxtda keçirilən yerli seçkilərə tənqidi gözlə baxılır. Siyasi lobbilərdə hakimiyyətin yerli seçkilərin nəticələrinə təsir etməmək üçün qurulmadığı, yaxın günlərdə bu prosesin daha da sürətləndiriləcəyi bildirilir. 

Bu seçkilərdə əvvəlkilərlə müqayisədə türk icmasından xeyli çox namizədin yarışdığı müşahidə edilir.

Paytaxt Brüsselin küçələrini bəzəyən plakatlarda diqqət çəkən türk əsilli namizədlər arasında üçüncü və dördüncü nəsildən olan gənclərlə yanaşı, illərdir ümumi və yerli siyasətdə olan simalar da var.

Səsvermə Brüsselin paytaxt bölgəsində saat 16.00-da, fransızdilli Valoniya bölgəsində saat 13.00-da, Flamand bölgəsində saat 15.00-da elektron səsvermə ilə qutularda, digər seçki qutularında isə saat 13.00-da başa çatacaq.Qeyd edək ki, Brüssel və Valloniyada səsvermə məcburidir. Bu seçkidə Flamand bölgəsində isə ilk dəfə olaraq bu öhdəlik ləğv edilib.

Paylaş: