Belçikada həddindən artıq yağış və fırtına səbəbindən "narıncı xəbərdarlıq" elan edilib
Belçika Kral Meteorologiya İnstitutu yerli vaxtla saat 16.00-dan 23.00-dək Haynaut, Namur, Liege, Vallon Brabant, Flaman Brabant, Limburq və Antverpen, eləcə də Brüssel bölgəsində göy gurultusu ilə əlaqədar narıncı xəbərdarlıq elan edib.
Bölgədə sürəti saatda 90 kilometri keçən güclü külək əsib, paytaxtda yolları və tunelləri su basıb.Brüsseldə su basan Porte de Hal, Vleurqat və Bailli tunelləri iki istiqamətdə, Cinquantenaire və Loi tunelləri isə mərkəzi istiqamətdə nəqliyyatın hərəkətinə bağlanıb.Güclü yağış səbəbindən tramvay xətlərinin hərəkəti pozulub, avtobusların hərəkət istiqaməti dəyişdirilib.
“Belqa” xəbər agentliyinin məlumatına görə, leysan Brüssel bölgəsində dəmir yolu hərəkətinə də mənfi təsir göstərib. Etterbeekdə ağacların yola düşməsi səbəbindən Huizingen ilə Beersel və Holleken ilə Nivelles arasında nəqliyyatın hərəkəti dayandırılıb.
Günün ikinci yarısında güclənən yağışlar zamanı tufan və daşqın təhlükəsi ilə əlaqədar Daxili İşlər Nazirliyi tərəfindən 1722 yanğınsöndürmə briqadasının qaynar xətti aktivləşdirilib.
Əlverişsiz hava şəraitinə görə yerli vaxtla saat 17:00-dan etibarən Brüsseldə parklar və meşələr ziyarətçilər üçün bağlanıb. Qeyd edək ki, Belçika Kral Meteorologiya İnstitutu şiddətli fırtına ilə bağlı xəbərdarlıq edərək, Fransa üzərindən əsən isti küləklərin gecə saatlarından başlayaraq ölkənin cənub-qərbindən şimal-şərqinə doğru hərəkət edəcəyini bildirmişdi.
Belçikada yağıntılar 2023-cü ilin oktyabr ayından etibarən mövsümi normalardan artıqdır. İyun ayı normadan artıq yağıntının qeydə alındığı ardıcıl 9-cu aydır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...