22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Belçikada bomba təhlükəsi: Brüssel Ədliyyə Sarayı boşaldılıb

16-04-2024

Belçikanın paytaxtı Brüsseldəki Ədliyyə Sarayı bomba təhlükəsindən sonra boşaldılıb.Belçikanın rəsmi xəbər agentliyi Belqanın məlumatına görə, Poelaert Meydanında yerləşən Brüssel Ədliyyə Sarayı günorta saatlarında bomba təhlükəsi səbəbindən boşaldılıb.

Federal polis sözçüsü bildirib ki, bir şəxs bomba hədəsi ilə zəng edib.Mətbuat katibi bildirib ki, bildirişdən sonra binada axtarış və təxliyə prosesinə başlanılıb.Sosial şəbəkələrdə hadisə yerindən paylaşılan videolarda vətəndaşların siren səsi eşidilərkən binadan sakitcə uzaqlaşdığı görünür.

Paylaş: