22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

BEA: 2024-cü ildə Rusiyada qaz hasilatı 4 faiz artacaq

27-01-2024

2024-cü ildə Rusiyada qaz hasilatı təxminən 4 faiz artaraq, 664 milyard kubmetr təşkil edə bilər.

Fhnews.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) qaz bazarı üzrə dərc etdiyi hesabatda bildirilir. Sənəddə 2023-cü ildə Rusiyada qaz hasilatının 5 faiz - 640 milyard kubmetrədək azaldığı qeyd olunub.

Bundan əvvəl, Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak bəyan etmişdi ki, Rusiya 2023-cü ildə qaz hasilatını 5,5 faiz azaldaraq 636,7 milyard kubmetrə endirib. Onun sözlərinə görə, ölkədən boru kəməri ilə qaz ixracı 91,4 milyard kubmetr təşkil edib.

Eyni zamanda, hesabatda 2024-cü ildə Rusiya Federasiyasında qaz istehlakının 2 faiz artaraq, 503 milyard kubmetrə çatacağı proqnozlaşdırılır.

Paylaş: