22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

BDU-nun “Acta Botanica Caucasica” jurnalı daha bir nüfuzlu bazaya daxil edilib

23-09-2024
IMG

Bakı Dövlət Universitetinin (BDU) təsis etdiyi “Acta Botanica Caucasica” bu günlərdə müvafiq meyarlarla qiymətləndirmə proseslərindən uğurla keçərək “ICI Journals Master List” (İndex Copernicus İnternational - https://journals.indexcopernicus.com/) bazasında indekslənib.

Bu barədə BDU-dan məlumat verilib. Bildirilib ki, nəşr “AGRIS” (International System for Agricultural Science and Technology) beynəlxalq bazasına və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının biologiya və aqrar elmlər sahəsində dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər siyahısına daxildir. Eyni zamanda, nəşr edilən bütün məqalələr DOI (digital object identifier) - rəqəmsal identifikatorlarla nişanələnir.

Hər il müntəzəm olaraq 4 nömrəsi dərc edilən jurnalın elektron saytı (https://www.botanic.az/) həm struktur, həm də məzmun baxımından təkmilləşdirilib, arxiv bazası genişləndirilib.

“Acta Botanica Caucasica” beynəlxalq elmi araşdırmalar jurnalı məzmununa görə elmi-tədqiqat nəşridir. Jurnal orijinal eksperimental məlumatlar və ya mövcud nəticələrin yeni şərhləri ilə elmi məqalələr dərc edir. Jurnalda fundamental və tətbiqi botanikanın anatomiya, morfologiya, fitosenologiya, floristika, sistematika, geobotanika, bitki ehtiyatları, dərman və aromatik bitkilər, aqrobotanika, paleobotanika, taksonomiya, lixenobriologiya, mikologiya, biokimya, biofizika və digər sahələr üzrə aparılan son tədqiqatlar və elmi yeniliklər dərc edilir.

Hazırda jurnalın digər nüfuzlu bazalara daxil edilməsi istiqamətində intensiv fəaliyyət davam etdirilir. Jurnalın baş redaktoru BDU-nun Biologiya fakültəsinin Botanika və bitki fiziologiyası kafedrasının müdiri AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru, professor Elşad Qurbanovdur.

Paylaş: