BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinə 3 ixtisas üzrə tələbə qəbulu aparılır
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində 5 kafedra - Ekoloji kimya, Coğrafi ekologiya, Bioekologiya, Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı və Həyat fəaliyyətinin təhlükəsizliyi kafedraları fəaliyyət göstərir. Fakültənin tələbə və magistrantları BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin nəzdində fəaliyyət göstrən Ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasında da tədqiqat aparmaq imkanına malikdirlər.
Universitetdən verilən məlumata görə, bakalavriat səviyyəsində 4 ixtisas – ekologiya, ekologiya mühəndisliyi, torpaqşünaslıq və aqrokimya, yerquruluşu və daşınmaz əmlakın kadastrı ixtisasları üzrə tələbə qəbulu həyata keçirilir.
Ekologiya ixtisası üzrə məzunlar elm, təhsil və istehsalatı əhatə edən bütün dövlət idarə və müəssisələrində, həmçinin özəl təşkilatlarda çalışa bilərlər. Bunlara Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, SOCAR, bp, Qida Təhlükəsizliyi Agentliyi və onların tabeliyindəki müəssisələr aiddir.
Ekologiya mühəndisliyi ixtisası üzrə məzunlar ekologiya və ətraf mühitin mühafizəsi, nəqliyyatın idarə olunması, energetika və bərpaolunan enerji sistemlərinin qurulması və istismarı, neft-qaz və kimya sənayesi, tullantıların idarə olunması və istehsalı, kənd təsərrüfatı, əkinçilik, torpaqların mühafizəsi, eləcə də fövqəladə halların proqnozlaşdırılması və idarə olunması, aerokosmik tədqiqatlar, kosmik təsvirlərin emalı ilə məşğul olan qurumlarda, xalq təsərrüfatının müxtəlif təyinatlı muəssisələrində, bir sıra nazirlik, komitə, cəmiyyət və şirkətlərdə çalışmaq imkanı əldə edəcəklər. Bunlara Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərcosmos” ASC, Kənd Təsərrüfatı Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, Fövqəladə Hallar Nazirliyi, neft və kimya sənayesi şirkətləri (SOCAR, bp və s.), dağ-mədən fəaliyyəti göstərən şirkətlər (“AzərGold” QSC və s.), tullantıların təmizlənməsi və idarəolunması ilə məşğul olan qurumlar (“Təmiz Şəhər” ASC və s.) aiddir.
Torpaqşünaslıq və aqrokimya ixtisası üzrə məzunlar Kənd Təsərrüfatı Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti, Qida Təhlükəsizliyi Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və onların tabeliyindəki müəssisələr, həmçinin fermer təsərrüfatlarında, torpaq analizi laboratoriyalarında və digər qurumlarda çalışa bilərlər.
Yerquruluşu və daşınmaz əmlakın kadastrı ixtisası üzrə məzunlar Əmlak Məsələləri Dövlət Xidməti, Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və onların tabeliyindəki müəssisələrdə, həmçinin bir çox özəl şirkətlərdə çalışa bilərlər.
Fakültədə tədris Azərbaycan, rus və ingilis dillərində aparılır.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...