BDU-nun Astrofizika kafedrası: G1-G2 səviyyəli geomaqnit qasırğası müşahidə olunur
Günəş fəallığı son sutka ərzində yüksək səviyyədə olub. İyulun 23-də Günəş səthində bəzi oblastlarda güclü M3.9/Sn (R1-minor), iyulun 24-də isə şərq hissədə M2.4 alışmaları baş verib. Digər oblastlar C4.5, C8.4 səviyyədə C sinif (Yerə bir o qədər təsir edə bilməyən) alışmalarla fəal olub. C4.5 alışması tac kütlə atılması ilə müşayiət edilib.
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, hazırda koronoqraflarda Yerə yönəlmiş tac kütlə atılması müşahidə olunmasa da, iyulun 26-dək Günəşdə M (radio rabitələri əngəlləyə bilən) və X sinif (daha güclü) alışmaların olacağı proqnozlaşdırılır. İyulun 23-dən 25-dək kiçik də olsa, S1 (minor) geomaqnit qasırğasının olma ehtimalı var.
İyulun 21-də Günəşi tərk etmiş tac kütlə atılmasının təsiri ilə iyulun 24-25-i üçün Günəş küləyi parametrləri normal səviyyəyə enəcək. Bu gün geomaqnit qasırğasının G1-G2 (mülayim-nəzərə çarpmayan) səviyyədə davam edəcəyi ehtimal olunur. İyulun 25-də tac kütlə atılmasının təsirinin zəifləyəcəyinə baxmayaraq, geomaqnit sahənin fəal səviyyədə qalması gözlənilir.
Hazırda geomaqnit səviyyə qeyri-stabil vəziyyətdədir. İyulun 26-dan geomaqnit sahə normal, sakit səviyyəyə enəcək.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...