BDU-nun 966 tələbəsi yay semestri dərslərində iştirak edir
Bakı Dövlət Universitetində (BDU) Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na əsasən yay semestri təşkil olunub.
Fhnews.az xəbər verir ki, Universitetdən verilən məlumata görə, yay semestri 2023/2024-cü tədris ilində bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələrin fənlər üzrə akademik borclarının ləğv edilməsi və ya müvəffəqiyyət qazanılan fəndən qiymətin yüksəldilməsinə dair müraciətləri nəzərə alınaraq təşkil edilir.
İyulun 26-dan başlanan yay semestri üzrə dərslərin 5 həftə ərzində keçirilməsi nəzərdə tutulub.
Ümumilikdə yay semestri dərslərində 150-dən artıq fənn üzrə 950 bakalavriat və 16 magistratura tələbəsi iştirak edir.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...