BDU ilə Türkiyə universiteti arasında “Erasmus” mübadilə protokolu imzalanıb
Bakı Dövlət Universiteti (BDU) ilə Türkiyənin Ərzincan Binəli Yıldırım Universiteti arasında “Erasmus” mübadilə protokolu imzalanıb.
BDU-dan verilən məlumata görə, protokolda iki universitetin tələbələrinin, akademik və inzibati heyətinin qarşılıqlı mübadiləsi öz əksini tapıb.
Müqaviləni BDU-nun rektoru Elçin Babayev və Ərzincan Binəli Yıldırım Universitetinin rektoru Akın Levent imzalayıblar.
Ərzincan Binəli Yıldırım Universitetinin əsası 1976-cı ildə qoyulub. Universitetdə 12 fakültə, 17 mərkəz, 11 peşə məktəbi, 3 kollec və 4 institut fəaliyyət göstərir və 25 minə yaxın tələbə təhsil alır.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...