22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü keçirilib

12-09-2024
IMG

Gənclər Fondunun dəstəyi, Bakı Dövlət Universiteti (BDU) və “BDU könüllüləri” təşkilatının birgə təşkilatçılığı ilə “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü keçirilib.

Universitetdən verilən məlumata görə, layihənin budəfəki qonağı BDU-nun Tarix fakültəsinin Mənbəşünaslıq, tarixşünaslıq və me¬todika kafedrasının müdiri, professor Anar İsgəndərov olub.

“Müstəqil Azərbaycan dövlətinin qurucusu - Heydər Əliyev” mövzusunda məruzə edən Anar İsgəndərov bildirib ki, Ulu Öndərin hakimiyyətə gəlişi ölkənin müstəqilliyinin möhkəmlənməsində, iqtisadi, siyasi və sosial sahələrdə böyük uğurların əldə edilməsində əsas amillərdən biri olub. Ümummilli Liderin milli dövlət quruculuğu siyasəti dünyanın mövcud reallıqları, təcrübəsi ilə yanaşı, milli–mənəvi dayaqlara və elmi potensiala əsaslanır.

Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində ölkədə əmin-amanlıq, siyasi sabitlik, ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş yaranıb, milli birlik təmin edilib, Azərbaycanın dünya birliyinə inteqrasiyası başlayıb. Görüş tələbələrin mövzu ilə bağlı suallarının cavablandırılması ilə başa çatıb.

Paylaş: