Bəzi tədqiqatçılar Yerin düşündüyündən daha çox istiləşdiyini düşünürlər
Bəzi tədqiqatçılar qlobal istiləşməni 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq məqsədinin artıq keçdiyini və 2020-ci ilə qədər temperaturun 1,7 dərəcəyə çatdığını düşünürlər.
Avstraliya və ABŞ tədqiqatçıları son 300 il ərzində okean və hava temperaturunda dəyişiklikləri müəyyən etmək üçün Karib dənizində tapılan dəniz süngərlərini araşdırıblar. Tədqiqatçılar apardıqları araşdırmada insanların yaratdığı iqlim dəyişikliyinin düşünüldüyündən daha tez başladığını aşkar ediblər. Tədqiqatçılar sənaye inqilabından əvvəlki dövrdən qlobal istiləşmənin 1,5 dərəcə Selsi ilə məhdudlaşdırılması hədəfinin artıq keçdiyini və temperaturun 2020-ci ildən etibarən 1,7 dərəcəyə çatdığını iddia edərək, qlobal problemə həll yolu tapmaq üçün vaxtın daraldığı barədə xəbərdarlıq ediblər.
Qərbi Avstraliya Universitetinin dəniz geokimyaçısı Malcolm McCulloch və ABŞ-nın İndiana Dövlət Universitetindən okeanoqraf Amos Vinter “The Associated Press”ə verdikləri müsahibədə bildiriblər ki, qlobal istiləşmənin İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panel tərəfindən proqnozlaşdırılandan daha tez başlaması məntiqlidir, çünki sənaye inqilabı 1800-cü illərin ortalarında başlamışdır.
Zamanın tükəndiyini xəbərdar edən alimlər əldə etdikləri tapıntıların iqlim dəyişikliyinin sürətləndiyi nəzəriyyəsini dəstəklədiyini bildiriblər.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...