Bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacaq, şimşək çaxacaq
Azərbaycanda sentyabrın 5-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək. Havanın temperaturu gecə 19-24°, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi 758 millimetr civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.
Sentyabrın 5-də Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi axşam mülayimləşəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada 25-26°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil və Şıxda 26-27° isti olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 18-22°, gündüz 29-34° isti, dağlarda gecə 11-16°, gündüz 20-25° isti olacağı ehtimal edilir.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...