Bayram günlərində avtovağzallardan 2681 reys həyata keçirilib
Bayram günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar dekabrın 28-dən yanvarın 7-nə kimi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
Fovqaladexeberler.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən verilən məlumata görə, adi günlərdə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) reysə 200-ə yaxın avtobus çıxırdısa, qeyd edilən tarixlərdə xətlərə əlavə 100-dən çox avtobus buraxılıb, 300-dən artıq əlavə reys təşkil olunub.
Ümumilikdə isə bayram ərəfəsində və bayram günlərində 2681 reys həyata keçirilib, 72 min 615 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.
Dekabrın 28-dən yanvarın 7-nə kimi 14 min 391 sərnişin “biletim.az” portalı və mobil tətbiqinin imkanlarından istifadə edərək səfərlərini reallaşdırıb. Bakıdan bölgələrə və əks-istiqamətdə daşınan sərnişinlərin tələbatı tam qarşılanıb.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...