Bayraktar TB3 rampa start testindən keçib
Milli və unikal SIHA Bayraktar TB3 sınaq prosesini uğurla davam etdirir. Bayraktar TB3 SİHA rampa qalxma sınağından da uğurla keçib. Sınaq gəmidə oxşar spesifikasiyalara uyğun tikilmiş uçuş-enmə zolağında aparılıb.Sınaq Keşandakı Baykar Uçuş Təlim və Sınaq Mərkəzində həyata keçirilib.
Bayraktar TB3-ün yerləşdiriləcəyi “TCG Anadolu”da uçuş-enmə zolağına bənzər şərtlər sınaq üçün hazırlanıb.Uçuş sınağı eyni spesifikasiyalarla tikilmiş uçuş-enmə zolağında, mailliyi 12 dərəcə olan enişdə aparılıb.6 dəfə enişdən qalxmağa cəhd edən Bayraktar TB3 bütün sınaqlardan uğurla keçib.Bayraktar TB3 PUA qatlana bilən qanad quruluşu ilə TCG Anadolu kimi qısa uçuş-enmə zolağı gəmilərində qalxma və enmə qabiliyyətinə malik dünyada ilk silahlı pilotsuz uçuş aparatı olacaq.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...