22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Bəşəriyyət planetin ehtiyatlarını avqustun 1-dək tükətmək üzrədir
 

05-06-2024
IMG

Bəşəriyyətin bu il ərzində Yerin təkrarən bərpa edə biləcəyi təbii ehtiyatları avqustun 1-dək tükətmək üzrə olduğu bildirilir.

Fhnews.az xəbər verir ki, dayanıqlı inkişaf üzrə beynəlxalq “Global Footprint Network” təşkilatının son hesablamalarına görə, yeddi aydır ki, bəşəriyyət bərpa olunan təbii resursların şərti ehtiyatından istifadə edir.

Bununla əlaqədar olaraq, 2024-cü ildə resursların tükənməsini ifadə edən Ümumdünya Ekoloji Borc Günü 2023-cü illə müqayisədə (2 avqust) bir gün irəli çəkiləcək.

Bu, əsasən, okeanların karbon saxlama səviyyəsinin aşağı olması və həddindən artıq yüksək səviyyədə olan karbon emissiyalarındakı azalmanın çox kiçik olması ilə əlaqədardır.

Paylaş: