22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Baş prokurorun birinci müavini Müstəqil Dövlətlər Birliyinin Müşahidə Missiyasını qəbul edib

15-08-2024
IMG

Avqustun 15-də Baş prokurorun birinci müavini Elçin Məmmədov Müstəqil Dövlətlər Birliyinin Müşahidə Missiyasının üzvü, MDB-nin Baş katibinin müavini Nurlan Seytimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Fhnews.az xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Elçin Məmmədov sentyabrın 1-də təyin olunmuş növbədənkənar parlament seçkilərinin azad və demokratik şəraitdə keçirilməsi, seçiciləri azad şəkildə öz iradələrini ifadə etmələri məqsədilə görülən işlərdən danışaraq, seçki qanunvericiliyinin pozulması ilə əlaqədar prokurorluq orqanlarının qarşısında duran vəzifələr və qəbul edilən qərarlar barədə ətraflı məlumat verib.

Seçki qanunvericiliyinin pozulması ilə bağlı müxtəlif mənbələrdən Baş Prokurorluğa daxil olan, habelə internet məkanı və media resurslarında aparılmış monitorinqlər nəticəsində əldə olunmuş məlumatların qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada araşdırılması, operativliyin təminatı və aidiyyəti qurumlarla koordinasiyalı fəaliyyətin təşkili məqsədilə Azərbaycan Respublikasının Baş prokurorunun sərəncamı əsasında İşçi qrupun yaradılması barədə qonaqlara məlumat verən E.Məmmədov İşçi qrupun səmərəli fəaliyyətindən bəhs edib.

Nurlan Seytimov Müşahidə Missiyasının ölkəmizdə olduğu müddətdə keçirdiyi görüşlərin əhəmiyyətindən söz açaraq, seçkilərin yüksək səviyyədə keçirilməsi üçün hər cür şəraitin yaradıldığını, seçki qanunvericiliyinin beynəlxalq standartlara uyğun olduğunu və seçkiqabağı hazırlıq prosesinin müsbət qiymətləndirdiklərini qeyd edərək, bu işdə Mərkəzi Seçki Komissiyası ilə yanaşı, prokurorluq orqanlarının fəaliyyətini yüksək qiymətləndirib.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş: