22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Baş Prokurorluq: Qazaxda tələbələrin zəhərlənməsi ilə əlaqədar araşdırma aparılır

11-10-2024
IMG

Oktyabrın 10-u saat 19 radələrində Qazax şəhəri ərazisində yerləşən Bakı Dövlət Universitetinin Qazax filialının yeməkxanasında 18 tələbə qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya müraciət edib. Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırma aparılır.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının iştirakı ilə yeməkxanadakı qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.

Zəhərlənmə nəticəsində xəstəxanaya müraciət etmiş 18 tələbə ambulator nəzarətə götürülməklə evlərinə buraxılıb.

Paylaş: