Baş prokuror: Ermənistan mövcud beynəlxalq konvensiyaların tələblərini daim pozub
Ermənistan mövcud beynəlxalq konvensiyaların tələblərini daim pozub.
Fhnews.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev bu gün Naxçıvanda keçirilən “Ekoloji su hüquqpozmalarının iqlim dəyişikliyinə təkan verməsi” mövzusunda keçirilən elmi-praktiki konfransda çıxışı zamanı qeyd edib.
“Belə ki, BMT-nin Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında 1991-ci il Konvensiyası (ESPO), “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında” BMT-nin 1992-ci il tarixli Konvensiyası, eləcə də həmin Konvensiyanın “Su və sağlamlıq haqqında” 1999-cu il 17 iyun tarixli Protokollarından irəli gələn öhdəliklər Ermənistan tərəfindən kobud şəkildə pozulub”, - deyə Kamran Əliyev vurğulayıb.
Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçı siyasətin acı nəticələrindən birinin ölkəmizin su ehtiyatlarının yararsız vəziyyətə gətirilməsi olduğuna diqqət çəkən Baş prokuror bunun nəticəsində Azərbaycan əhalisinin illərdir Şərqi Zəngəzurda olan zəngin su ehtiyatlarından məhrum qaldığını bildirib.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...