22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Baş Dövlət Yol Polisi İdarəsi yorğun və yuxusuz halda sükan arxasında əyləşən sürücülərə müraciət edib

22-07-2024
IMG

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

Fhnews.az xəbər verir ki, İdarədən verilən məlumata görə, dəfələrlə edilən xəbərdarlıqlara, aparılan maarifləndirmə tədbirlərinə baxmayaraq, hələ də sürücülərin yorğun, yuxusuz halda avtomobil idarə etməsi hallarına rast gəlinir. Avtonəqliyyat vasitələrinin idarə olunmasında yol verilən bu kimi səhlənkar davranış, təəssüf ki, növbəti dəfə insan həyatına son qoyub.

Belə ki, bir neçə gün əvvəl Laçın rayon sakini 64 yaşlı Qoşmalı Yusifov idarə etdiyi “Mercedes” markalı avtomobillə Bakı-Quba yolunun Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində hərəkətdə olarkən sükan arxasında yuxuladığı üçün avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə sürücünün həyat yoldaşı və 16 yaşlı nəvəsi hadisə yerində həyatlarını itiriblər.

Bu hadisə bir daha deməyə əsas verir ki, sürücülərin istirahət etmədən yuxusuz halda sükan arxasına əyləşməsi onların özləri, doğmaları, eləcə də digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün hər zaman ciddi təhdiddir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək onları yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, uzaq məsafə qət edərkən 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra dayanaraq qısa müddətə istirahət etməyə, bunun üçün DYP-nin stasionar postlarında yaradılmış şəraitdən yararlanmağa çağırır.

Paylaş: