Baş Dövlət Yol Polis İdarəsi Forma 4-ün siğorta şirkətinə təqdimedilmə müddəti barədə açıqlama yayıb
Yol nəqliyyat hadisəsi barədə elektron arayışın (Forma 4) siğorta şirkətinə təqdimedilmə müddəti barədə Baş Dövlət Yol Polis İdarəsi açıqlama yayıb.
Fhnews.az Baş Dövlət Yol Polis İdarəsinin mətbuat xidmətinə istinadla bildirir ki, yol nəqliyyat hadisəsi baş verdiyi təqdirdə ilk olaraq sürücü hadisə barədə Dövlət Yol Polisinə məlumat verməlidir. Əgər hadisə baş veribsə və sürücü yalnız sığortaya məlumat veribsə, sığorta şirkəti öz növbəsində Dövlət Yol Polisinə məlumat ötürməlidir.
Bundan sonra Dövlət Yol Polisi orqanlarında müvafiq araşdırma aparılaraq siğorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən arayış (Forma 4) 10 gün ərzində sığorta şirkətinə təqdim edilir.
“İcbari sığortalar haqqında" Qanunun 58-ci maddəsinə əsasən aşağıdakı hallar mövcud olduğu təqdirdə arayış (Forma 4) tələb olunmur:
1. Hadisə 2-dən artıq olmayan nəqliyyat vasitəsinin iştirakı ilə baş verdikdə;
2. Hadisənin baş verməsində təqsirli olan sürücünün müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadıqda;
3. Hadisə nəticəsində sağlamlığa zərər dəymədikdə; (yəni yalnız maddi ziyan var);
4. Dəymiş zərərin həcminin 1000 manatdan çox olmaması hadisə iştirakçıları və sığortaçı tərəfindən ağlabatan şəkildə ehtimal edildikdə. (Burada söhbət sığorta təminatı verilən zərərdən gedir, təqsirkara dəyən zərər bura daxil deyil).
Ancaq istənilən yol nəqliyyat hadisəsi barədə Dövlət Yol Polisinə mütləq məlumat verilməlidir və Dövlət Yol Polis orqanı da qanuna uyğun olaraq təqsirli sürücü barəsində inzibati tənbeh tətbiq edərək qərar çıxarmalıdır.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...