Banqladeşdə HİV sindromu
Bu il Banqladeşdə qazanılmış immun çatışmazlığı sindromuna (QİÇS) səbəb olan insan immunçatışmazlığı virusuna (HİV) 1276 yoluxma halı aşkarlanıb və bununla bağlı 266 ölüm baş verib.Bu rəqəm 34 ildən sonra ölkədə qeydə alınan ən yüksən statistikadır. Bu barədə Banqladeş Səhiyyə Xidmətləri Baş Müdirlüyünün hesabatında məlumat verilib.
Hesabatda qeyd olunub ki, 2023-cü ildə aşkar edilən 1276 HİV hadisəsi 1989-cu ildən bəri Banqladeşdə müşahidə edilən ən yüksək haldır. HİV-ə yoluxanların sayının artdığı vurğulanan hesabatda 2022-ci ildə bu virusdan 232, 2023-cü ildə isə 266 nəfərin öldüyü açıqlanıb. Banqladeşdə dövlət HİV-ə yoluxmuş insanları pulsuz müalicə edir.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, dünyada təxminən 39 milyon insan HİV daşıyıcısıdır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...