22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Banqladeşdə daşqın

25-08-2024
IMG

Cənubi Asiya ölkəsi Banqladeşi güclü yağışlar vurub. Bir gündür aramsız yağan yağış səbəbindən sel baş verib.

Təbii fəlakət nəticəsində azı 15 nəfər dünyasını dəyişib. Yüzlərlə evin su altında qaldığı təbii fəlakətdən 4,5 milyon insan zərər çəkib. Təbii fəlakət nəticəsində yüzlərlə ev su altında qalıb, nəqliyyat yollarına ciddi ziyan dəyib. 
Ölkədə baş verən sel fəlakəti ilə əlaqədar bölgəyə yardım göndərilib.

 Ancaq insanlar yardıma yox, qayığa ehtiyacı olduğunu bildirirlər.
Banqladeşdə Fəlakətlərin İdarə Edilməsi və Yardım Nazirliyi 4,5 milyon insanın leysan yağışların səbəb olduğu daşqınlardan zərər çəkdiyini açıqlayıb.

 Yüzlərlə çayın keçdiyi 170 milyon əhalisi olan Banqladeş son illərdə tez-tez daşqınlara səhnə olub. Qlobal İqlim Risk İndeksinə görə Banqladeş fəlakətlərə və iqlim dəyişikliyinə ən həssas olan ölkələr sırasındadır.

Paylaş: