22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Banqladeşdə 2 milyona yaxın insan daşqınlardan zərər çəkib

07-07-2024
IMG

Banqladeşin təxminən 2 milyon sakini ölkənin şimal-şərqindəki daşqınlardan zərər çəkib.

Fhnews.az BNS agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin təbii fəlakətlər üzrə dövlət naziri Mohibbur Rəhman bildirib.

"Bu il güclü yağışın səbəb olduğu daşqınlardan 15 dairədə təxminən 2 milyon insan zərər çəkib", - o deyib.

Mohibbour, daşqınlar nəticəsində ölənlər haqqında təsdiqlənmiş məlumatların olmadığını və təbii fəlakətdən zərər çəkən insanların 36 223 sığınacağa yerləşdiyini bildirib.

Onun sözlərinə görə, hökumət ümumilikdə 8 700 ton düyü, 58 500 kisə quru ərzaq, habelə zərər çəkən ərazilərə maddi yardım ayırıb.

Banqladeşdə avqust və ya sentyabr aylarında yeni daşqın ehtimalı ilə əlaqədar hazırlıq işləri aparılır.

Paylaş: