BANM “TEKNOFEST”də Azərbaycanı ən çox komanda ilə təmsil edəcək
SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) tələbələrinin təmsil olunduğu 11 komanda “TEKNOFEST-2024”ün final mərhələsinə yüksəlib. “TEKNOFEST” sentyabrın 5-8-də
Türkiyənin Antalya şəhərində keçiriləcək. BANM festivalda Azərbaycanı ən çox komanda ilə təmsil edəcək ali məktəbdir.
BANM-dən verilən məlumata görə, ali məktəb 6 kateqoriya üzrə mübarizə aparacaq. “Aqrar texnologiyaları” kateqoriyası üzrə “Green Karabakh BHOS”, “Aquaharvest”, “Suni Ekinchi BHOS”; “Enerji və ətraf mühit texnologiyaları” kateqoriyası üzrə “Flame Seekers BHOS”, “Birlik BHOS”, “Shindan BHOS”; “Ağıllı nəqliyyat” kateqoriyası üzrə “Turan BHOS”, “Khazri BHOS” komandaları təmsil olunacaq. “Turizm texnologiyaları” kateqoriyası üzrə “Khankendi BHOS”; “Bəşəriyyətin xeyrinə texnologiyalar" kateqoriyası üzrə “Darbandgala BHOS”; “HackMaster” kateqoriyası üzrə “Bhosware” komandaları yarışacaq.
Komandaların elmi rəhbərləri ali məktəbin Neft-qaz mühəndisliyi kafedrasının laboratoriya müdiri Qəhrəman Məlikov, İnformasiya texnologiyaları kafedrasının dosenti Leyla Muradxanlı, baş müəllimi İlkin Balazadə, müəllimi Nihat Əlili və kafedranın istehsalat təlim ustası Aytac Abdullayeva, eləcə də İnnovasiya və Tədqiqatlar Mərkəzinin böyük mühəndisləri Emiliya Əhmədova və Elmar Əsgərzadə, habelə Kimya mühəndisliyi kafedrasının baş müəllimi Natəvan Səmədova və kimya mühəndisliyi ixtisasının 2023-cü il məzunu Cavidan Əliyevdir.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...