BANM kibertəhlükəsizlik yarışında qalib oldu
Bakı Ali Neft Məktəbinin (BANM) komandası ‘‘CTF – Capture the Flag’’ kibertəhlükəsizlik müsabiqəsində I yeri tutub.
Bu barədə BANM-dən məlumat verilib.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təşkilatçılığı ilə keçirilən ICSD (Beynəlxalq Kibertəhlükəsizlik Günləri) tədbiri çərçivəsində təşkil olunmuş müsabiqədə II yerin də qalibi ali məktəbin komandasıdır.
Birinci yerə “Boşver” komandasının üzvləri Fərid Lalayev, Sahib Hümbətzadə, Səbuhi Hüseynov layiq görülüb. İkinci yerə isə “BHOSPLOIT” komandasının üzvləri Oqtay Əhmədov, Rauf Dadaşzadə, Fuad Qurbanov layiq görülüb.
Birinci yerin qalibinə 5000 manat, ikinci yerin qalibinə isə 3000 manat mükafat verilib.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...