BAMF COP29-da iqlim böhranına qarşı QHT-lərin rolu mövzusunda konfrans təşkil edib
Noyabrın 11-də COP29 çərçivəsində Yaşıl zonada yerləşən Milli QHT Forumu pavilyonunda Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən “İqlim böhranında QHT-lərin rolunun gücləndirilməsi: kənd təsərrüfatının davamlılığı, su idarəçiliyi və qida təhlükəsizliyinə dair əməkdaşlıq yanaşmaları” adlı panel müzakirəsi keçirilib.
BAMF-dən verilən məlumata görə, müzakirə zamanı Avropada iqlim dəyişikliklərinə qarşı mübarizədə beynəlxalq və hökumətlərarası təşkilatlarla əməkdaşlığın vacibliyi, iqlim böhranının təsirlərinə qarşı kənd təsərrüfatının dayanıqlılığının təmin olunması məsələləri, qida təhlükəsizliyinin təmin edilməsinin əhəmiyyəti, iqlim dəyişikliklərinin postmünaqişə ərazilərində kənd təsərrüfatı və ekoloji vəziyyət üzərindəki təsirləri və digər mövzularda çıxışlar dinlənilib.
Tədbirdə yerli və beynəlxalq ekspertlər, QHT-lər iştirak edib.
Panelin yekununda suallar cavablandırılıb, müzakirələr aparılıb.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...