Baltimor körpüsünün çökməsi nəticəsində itkin düşən altıncı işçinin də cəsədi tapılıb
ABŞ-ın Baltimor şəhərində (Merilend ştatı) körpünün uçması nəticəsində itkin düşən altıncı işçinin də cəsədi tapılıb.
Fhnews.az “ABC news” saytına istinadla xəbər verir ki, işçinin cəsədi vahid komandanlığın xilasetmə qrupları tərəfindən aşkarlanaraq sudan çıxarılıb. Onun Merilend ştatının Baltimor şəhərindən olan 37 yaşlı Xose Mynor Lopez olduğu bildirilir.
Xatırldaq ki, Baltimorda Sinqapur bayrağı altında üzən gəmi Frensis Skott körpüsünə çırpılıb. Körpünün çökməsi nəticəsində bir neçə avtomobil metal konstruksiya ilə birlikdə suya düşüb. Ölən altı nəfərin hamısı körpüdə təmir işləri aparan texniki işçilər olub.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...