Baltik dənizində yanğının baş verdiyi neft tankeri Rostok limanına gətirilib
Oktyabrın 11-də Baltik dənizində yanğının baş verdiyi "Annika" adlı neft tankeri gecə saatlarında Rostok limanına gətirilib.
Fhnews.az xəbər verir ki, neft və neft-kimya məhsullarından ibarət 640 ton ağırlığında yük daşıyan gəmidə baş vermiş yanğının operativ müdaxilə nəticəsində söndürülməsi ilə ətraf mühitə ciddi ziyan vurulması təhlükəsinin qarşısını almaq mümkün olub. Yanğın əraziyə cəlb olunmuş iki yanğınsöndürmə gəmisinin müdaxiləsi ilə söndürülüb və heyət üzvləri təxliyə edilib. Hadisə nəticəsində heyət üzvlərindən xəsarət alan yoxdur.
Hazırda gəmiyə dəyən ziyan araşdırılır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...