22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Balkan ölkələrində meşə yanğını ilə mübarizə davam edir

19-07-2024
IMG

Balkan ölkələrində güclü meşə yanğınları hökm sürür.

Fhnews.az xarici mediaya istinadla xəbər verir ki, yanğına səbəb anomal isti havadır. Hadisənin miqyası güclü küləyin təsiri ilə genişlənir. Bir neçə gündür temperatur 40 dərəcəni keçib. Yanğınsöndürənlər alovun qarşısını almağa müvəffəq ola bilməyiblər.

“Vəziyyət nəzarət altındadır. Zərurət yaranarsa, Bərpa və Yardım Komissiyası vasitəsilə əlavə dəstək veriləcək. Çexiya və Rumıniya bizə kömək etməyə razılıq veriblər”, - deyə Bolqarıstanın Baş naziri Dimitar Qlavçev bildirib.

Şimali Makedoniyada güclü alov səbəbindən 30 günlük fövqəladə vəziyyət elan edilib. Hazırda ölkədə 20-dən çox yanğın ocağı var. Ölkənin mərkəzində, Ştip və Neqotino icmalarının olduğu dağlıq bölgələrdə xüsusilə çətin vəziyyət hökm sürür.

“Hazırda yaşayış məntəqələri üçün heç bir təhlükə yoxdur, vəziyyət tam nəzarət altındadır. Yanğınlar davam edir. Biz burada əlimizdən gələni edirik”, - deyə Şimali Makedoniyanın Böhrana Cavab Mərkəzinin rəhbəri Stoyantse Angelov bildirib.

Türkiyə, Monteneqro və Sloveniyadan təyyarələr yanğın yerinə cəlb olunub. Şimali Makedoniyanın hakimiyyət orqanları Yunanıstanla sərhəd məntəqəsini bağlayıb. Bu arada, sinoptiklər yaxın günlərdə Avropanın cənubunda havanın temperaturunun daha da artacağını proqnoz ediblər.

Paylaş: