Bakının bir hissəsinin qaz təchizatında fasilə yaranacaq
“Daş Butka” QTM-dən qidalanan ortatəzyiqli istismara yararsız yeraltı qaz xəttinin bir hissəsinin əvəzlənməsi, eləcə də yeni çəkilmiş yeraltı qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi məqsədilə “Sərdarov zavodu” ortatəzyiqli qaz xəttindən 09.01.2024-cü il saat 09:30-dan qaz təchizatının dayandırılması planlaşdırılıb.
“Azəriqaz” İstehsalat Birliyinin məlumatına görə, təmir-quraşdırma işləri aparılan müddətdə Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsinin bir hissəsinin, Biləcəri qəsəbəsində Ordubadi küçəsinin, I, II, III Mədən, “Baksol yolu” və Binəqədi şosesi adlanan yaşayış ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...