Bakıda yollardan birində svetoforların iş rejimi dəyişdirilib
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) əməkdaşları tərəfindən müşahidə kameralarının imkanlarından istifadə etməklə paytaxtın Qara Qarayev prospekti ilə Azər Manafov və Şirin Mirzəyev küçələrinin kəsişmələrində təhlillər aparılıb və nəticədə yolda olan svetoforların iş rejimi dəyişdirilib.
Fhnews.az xəbər verir ki, bu barədə NİİM-in məlumatında bildirilib.
Qeyd edilib ki, əvvəllər Qara Qarayev prospektindən həmin küçələrin kəsişmələrinə daxil olan sürücülər burada daha çox gözləməli olurdular və nəticədə prospektdə intensivlik azalırdı: “Yaranan problemi aradan qaldırmaq üçün Qara Qarayev prospektindən sola Azər Manafov və Şirin Mirzəyev küçələrinə hərəkət edən nəqliyyat vasitələri üçün svetoforların təkrarlayıcılarında yaşıl işığın yanma müddəti 10 saniyə artırılıb. Bununla da uzun müddətdir sürücüləri narahat edən problem həll edilib”.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...